Blogçular niyə aktiv deyillər?
Yazar: Fərhad @ İyun 10, 2008 15:55
Azəri Blog sistemində bloglara baxanda adamın ürəyi ağrıyır. Bəzi blogçular blogunu yaradır və bir yazı ora atır, çıxıb gedir! 3-4 gün və ya xeyli müddətdən sonra gəlir başqa bir yazı yazır. Əslində, heç düşünmür ki, bu yazıları kimin üçün yazır və bu yazıları kim oxuyacaq?
Bu barədə çəkəcəyimiz bir misal lap yerinə düşər: bir yazar kitab yazır. Məgər kitab yazmaqla iş bitir? Əlbəttə ki, yox. Kitabını və öz düşüncələrini satmaq fikrindədir, öz düşüncələrinə və yazılarına auditorya qazanmaq istəyir. Ona görə də müxtılif qəzetlərdə, jurnallarda, TV verilişlərində və ya saytlarda kitabın reklamını aparır.
Blogçu da blogında yazı yazandan sonra gərək işini bitmiş hesab etməsin. Gərək digər bloglardakı yazılara baxıb, həmin yazılara şərh yazsın. Digər blogçuları öz blogundakı yazıları oxumağa dəvət etsin. Bəyəndiyi bloglara öz blogunda keçid versin və istədiyi blogları bir dost kimi öz bloguna əlavə etsin. Digər bloglarda öz bloguna keçid almaq üçün əlaqə saxlasın. Blogunu öz dostlarına tanışlarına təqdim etsin. Bloglarındakı şərhləri diqqətlə oxuyub cavab yazsın. Blogunu müxtəlif saytlar və forumlarda təqdim etsin və qeydiyyatdan keçirsin. Blogunu blog kataloqu kimi saytlara üzv etsin, və s...
Bir peşəkar blogçu olmaq üçün bu işləri görmək lazımdır. Yoxsa, blogdakı yazılara axtarış sistemlərindən və Azəriblogun əsas səhifəsindən ziyarətçi qazanmaq fikrində olan şəxslərə blogçu deməzlər.
Əgər blog işində yenisiniz və blogçuluq barədə bir şey bilmirsizsə, digər blogları oxuyun. Digər bloglarda müxtəlif mövzulara rast gələcəksiniz, bəlkə o mövzularda özünüzu daha çox bilgili hiss edə və blogunuzdakı yazılar üçün mövzu tapa bilərsiz.
Əgər internetdə indiyə kimi bir imzaya sahib deyilsizsə, indi AzəriBlog sistemi sizə ən güclu imkanlarla bu şəraiti yaradıb ki, internetdə şəxsi imzaya sahib ola biləsiniz. Blogunuzda özünz haqda öz profilinizdə ətrafli məlumat yazın və elə edin ki, öz profilinizi öz CV-niz kimi digər insanlara təqdim edə biləsiniz.
Profilinzdə olan məlumatla sizi çox insanlar tapacaqlar və bəlkə də, beləlikə, siz gələcəkdə ən uğurlu işlərlə rast gələ bilərsiz.
Bloglarda reklam!
Yazar: Fərhad @ Mart 23, 2008 14:48
Artıq iki gündür ki, AzəriBlog sistemində olan blogların səhifələrində reklam nümayiş olunur. Necə ki, 9 ay bundan öncə "AzeriBlog" saytının şərtləri və qanunları səhifəsində bunu qeyd etmişdik: " Gələcəkdə yaradılan blog səhifələrində saytın maddi ehtiyaclarının qarşılanması məqsədiylə reklam yerləşdirilməsi hallarının yaranması ehtimalı yüksəkdir və istifadəçilərin bu hala etirazı qəbul olunmazdır."
Və 3-4 ay bundan öncə bloglarda reklam yerləşdirmə imkanı barədə saytın xəbər blogunda bir xəbər yazmışdıq və heç bir istifadəçidən bu barədə irad və ya təklif gəlməmişdi. Hətta bəzi istifadəçilər bizə dəstək verərək, bu işdə bizim haqlı olduğumuzu vurğulamışdılar.
Amma hər halda saytın maddi ehtiyaclarına kömək kimi biz bloglarda reklam bölməsini yerləşdirdik və indi reklam 120 saniyə blogların səhifələrində nümayiş olunur və sonra avtomat olaraq silinir.
Biz bunu aydın şəkildə bilirik ki, bu reklam bəzi istifadəçilərimizi narahat edə bilər amma biz bu reklama məcburuq. Necə ki, bir çox blog sistemlərində bu cür reklamlar mövcuddur. (məsələn: blogcu, blogfa, persianblog və ... ), Amma reklamın necə nümayiş olunmasi, nə qədər blogda qalması, qiymətləri və s. barədə bizə təkliflərinizi, iradlarınızı yaza bilərsiniz.
Bəzi istifadəçilər yeni yaranan blog sistemimizi Blogger saytı ilə müqaisə edirlər və deyirlər ki, orada reklam yoxdur. Amam xatırladaq ki, Blogger saytını hələ Google firması almamışdan öncə orada da reklamlar nümayiş olunurdu. Əgər sabah bizim də blog sisteminin maddi cəhətdən problemi olmasa biz bu reklamları bloglardan qaldırarıq.
Çünki kim qəbul edə bilər bir şirkət ayda neçə yüz min dollar sistemə, onun serverlərinə, əməkdaşlarına və digər başqa şeylərə pul xərc etsin amma qazanmaq fikrində olmasın???
İndi blogda bəzi yeni imkanlar artırmağı düşünürük. Bunun üçün blog istifadəçilərindən də blog imkanları barədə təkliflər qəbul edib məsləhət olanı məmnuniyyətlə tətbiq etməyə çalışacağıq. Cəhd edəcəyik ki, misli olmayan bir blog sisteminə sahib olasınız.
Əlbəttə yeni imkanlarda, bloglarda raklam nümayiş üçün narahat olan istifadəçilərə də bir yeni imkan nəzərdə tutulub. Bu imkan sayəsində hər hansı istifadəçi istəməsə onun blogında və ya bloglarında reklam nümayiş olmasın illik çox az (misal üçün 10-15 dollar ) pul ödəməklə bloglarında reklamın nümayişini qaldıracaqlar.
Biz blog sistemimizi zənginləşdirmək üçün və sistemin fəaliyyətinin davamına görə maddi dəstəyə ehtiyacımız var və bunu reklamla reallaşdıra bilərik. Nəzərə almaq lazımdır ki, internet reklamçılığı Azərbaycan netində istənilən səviyyədə deyil və reklam müştəriləri tapmaq da bizim üçün çətin bir işə çevrilib.
Hər halda yenə də bütün istifadəçilərin fikirlərinə hörmət edib, dəyərli istifadəçilərimizdən bu barədə olan faydalı təkliflər gözləyirik.
Uğurlar
Bizdən sual sizdən təklif!
Yazar: Fərhad @ Mart 18, 2008 10:55
AzəriBlog istifadəçilərinə salam olsun
siz neçə vaxtdır AzəriBlog sistemində blogçusız? bizim blog imkanlarımızdan razısınızmi? biz indi yolumuzun əvvəlindəyik. yeni imkanlarımız Novruz bayramından sonra bir bir əlavə olunacaq inşallah.
Sual belədir: bir blogçu kimi AzəriBlog sistemində hansi yeni imkanlari təklif edirsiniz? blogçu kəlməsi ona görə qalın yazılıb ki blogçu kimi və blog imkanlarına görə fikirləşin.
Sizin təklifinizə biz qiymət veririk və AzəriBlogu bundan əlavə sizə layiq olan bir blog sisteminə çevimək üçün çalışırıq.
təkliflərinizi gözleyirəm. uğurlar
Azəriblog Sürətləndi!
Yazar: Fərhad @ Yanvar 26, 2008 9:45
Azəri Blog serverində bəzi texniki dəyişiklər oldu, və server gücləndi. indi saytımızda olan hürmətli istifadəçilərin hisablari və onların bloglari çoxli kifayət qədər sürətlə işleyir. Umid varımız ki Azəri Blogi seçdiyıniz üçün hər zaman sistemdən razi olasınız
Azəri Blog və gələcək günlər!
Yazar: Fərhad @ Yanvar 20, 2008 11:19
AzəriBlog sistemində yeniliklərə davam etməyə hər halda çalışırıq. dəyərli istifadəçilərimizə bildirmək isteyirdim ki ən qısa zamanda, çox güclu yeni imkanlar blog sistemimizə əlavə olcaq və AzəriBlog xarici məşhur blog xidməti verən saytlardan çoxlu fərqlənəcək.
Yeni imkanlarımız Azəri Blog istifadəçilərinə internet ələmində fəaliyyət gösdərmək üçün yeni qapılar açacaq. bundan sonra AzəriBlog yalnız bir blog sistemi yox bəlkə Azərilər üçün bir böyük virtual məkani kimi olacaq.
Azəri blog sisteminin misilsiz tam pulsuz xidmətlərindən istifadə etməyi öz dostlarınıza, gohumlarınıza və bütün tanışlarıza tovsiyə edin. onlar bu təklif üçün sizdən mütləq çoxlu minnətdar olacaqlar.


