
Yazar: Fərhad
ferhad@azeriblog.com
Əziz istifadəçilər
AzəriBlog İdarə heyəti olaraq bizim blog sistemində yerləşdirilmiş şəkillərin AzeriBlog saytı xaricində istifadəsinə texniki cəhətdən qadağan qoyulmuşdur.
Belə ki, bəziləri bloglarda mövcud olan şəkillərdən (ki biz sistemdə bu xidməti pulsuz və limitsiz bütün bloglara veririk) istifadə edərək istinad filan göstərmədən başqa saytlarda istifadə ediblər. Bu həm bizim serverin çox yüklənməsinə, həm də blogcularımızın əməyinin oğurlanmasına bais olurdu. Bunları nəzərə alaraq belə bir yeniliyə əl atmışıq. Ümidvarıq ki, istifadəçilərimiz də razı qalarlar!
O həmvətənlərimiz ki, milli blog sistemimizi əcnəbi bloglara tərcih ediblər onlara da təşəkkürümüze bildiririk. Amma onu da qeyd edək ki, çox yaxın zamanlarda AzeriBloga yeni xidmətlər və heç bir əcnəbi və ya yerli bloglarda olmayan imkanlar əlavə olunacaqdır. Və o AzeriBlogsevər istifadəçilərimiz ki, bizə mail yazaraq məsləhətlər, tənqidlər və bloglarda görmək istədikləri imkanlar barədə yazıblar onlara da minnətdarlıq bildiririk. Başqa istifadəçilərimizin də məsləhətləri və blog sistemimizdə görmək istədikləri imkan və ya xidmətlər varsa bizimlə əlaqə saxlayaraq bölüşsünlər! Biz inkişafa doğru addımlayaraq milli blog sistemimizi daha da ucaldacağıq!
Fürsətdən istifadə edib AzNetdə blogcu olan Gurbanov və Oxatan bəylərə də yazdıqları gözəl sözlərə görə təşəkkür edirik. Bu cür səviyyəli blogcuların mövcudluğu bir blogsevər olaraq bizləri də sevindirir. Uğurlar!