Azəri Blogın Divanəsi!
Yazar: Fərhad @ Yanvar 11, 2008 12:35
Bizə istifadəçilər email göndərirlər və Divanə Adli istifadəçimizdən olara blog yaratdığına görə təşəkkur edirlər.
Bizdə Divanədən çox dərin təşəkkurlərimizi bildiririk. Divanə Azəri Blogın ən aktiv istifadəçilərdəndi və həqiqətəndə çox gözəl blogu var və blogında maraqli materyallar tapılır.
Azəri Blog divanə kimi istifadəçilərinə, ki öz dostlarına və tanışlarına Azəri Blogdan istifadə etməyi məsləhət bilib və təklif edirlər, fəxr edir.
Azəri Blogda yeni bir Stil
Yazar: Fərhad @ Yanvar 11, 2008 11:19
Azəri Blog istifadəçiləri üçün bu günlərlə əlaqədar bir Stil sayt stillərinə əlavə olundu. Stilın adi Buz du və movzusu Qar və Buz du. Stil gözəldi və qış üçün bloglara çox münasibdir.
Stili blogınızda yerləşdirmək üçün hisabınıza daxil olandan sonra Sol menuda Blog Görünüşü bölməsindən Stilləri seçin.
Azəri blog Azərbaycanda!
Yazar: Fərhad @ Noyabr 13, 2007 16:28
Məşhur statistika sayti Alexa dan aldığımız məlumata görə, Azəri bloga (ki əslində Azərbaycan üçün yaranıb) ziyaratçı olçusu əsasən Azərbaycannan yalnız 4.8% ziyaratçi gəlir! və saytın ziyaratçilarının çox sayi digər ölkələrsdən yəni: İran (42.4%, ABŞ 7.2%, Almaniya 5.6%, Türkiyə 5.6% və Birlşmiş Ərəb Əmirlikləri 5.6% sayta daxil olurlar.
Təəsuflər olsun ki hələdə Vətənimizdə normal surətdə internet inkişaf olunmayıb! və dünyanın hər yerində çox popular olan Blog vətinimizdə elədə tanınmır. və bu bizim məsuliyyətlərimizi bu barədə çoxaldır.
Blogçular ilə Müsahibə
Yazar: Fərhad @ Sentyabr 24, 2007 11:11
Allah belə fəaal blogçulari Azəriblogdan ayırmasın! (Amin).
Elvin, yeni bir maraqlı və cəzəbəli hərəkətdə, öz gözəl blogında (Başqa bir dünya) veb müsahibə adilə bir bölmə açıb, və orada Azəri blogın ən məşhur və fəaal blogçularınan müsahibə aparır. bu vaxta kimi Elvin bu bölmədə 4 yazı yazıb və müsahibələri çox oxumalıdılar ki bütün dostlara tovsiyə edirik. buradan daxil olun və müsahibələri oxuyun!
istifadəçilər, diqqət diqqət!
Yazar: Fərhad @ Sentyabr 12, 2007 9:20
Bəzən görunur bəzilər bilə bilə ya bilmiyə bilmiyə! Bəzi bloglara daxil olub və Azəri blog saytının Admini adila blogçulara şərh yazirlar (söyüş, pis sözlər, təhqirli kəlmələr və ...) ya bəzi Azəri blog saytında olan chatlərə daxil olub, Azəri blog Admini adila digər istifadəçilərnən elaqə saxlayib və bəzi sözləri saytın admin tərəfinnən və onun dilicə yazib və danışırlar.
Beləliknən bütün əziz istifadəçilərə xatırladırıq ki Azəri blogın Admini heç zaman bloglarda şərh yazmayıb və yazmayacaq və hər kimin blogında Azəri blog admini adila şərh yazib və digər sözlər və fikirlər, bilin ki bu sözlər Azəri blog admininnən deyil.
Biz blogçulra email də yazmırıq! əgər Azəri blog tərəfinnən sizə email gəlsə bilin ki bizdən deyil. biz yalnız avtomat sürətdə qeydiyyatdan keçən istifadəçilərə məlumatların göndəririk və bizimlə elaqə saxliyanlara Azəri blogın rəsmi email ünvanlarila cavab yazırıq.


