Yanvar 17, 2008 16:01

Yazar:
Fərhad
ferhad@azeriblog.com
Yalnız isteydim əziz dəyərli istifadəçilərimizə xəbər verim ki yeni 3 stil (Portal, Mavi sadə və çərçüvə) sistemin movcud stillərinə əlavə olundu.
Bu stillərdən və digər gözəl movcud stillərimizdən istifadə etmək üçün, hisablarında sol tərəfdəki menudan „Blog görünüşü“ bölməsindəki „Stillər“ səhifəsinə keçərək bu stili və ya digər ürəyinizə yatan hər hansı bir stilin üzərinə vuraraq blogunuzun görünüşünü dəyişdirə bilərlər.

Yanvar 16, 2008 15:33

Yazar:
Fərhad
ferhad@azeriblog.com
Əziz blogçular. Bildiyiniz kimi Azeriblog-da həm dizaynı, həm də Azərbaycan dilinin qrammatikasına uyğun olan bloglar arasında müsabiqə elan olunub. Ən yaxşı bloglar Azeriblog-un ad günündə mükafatlandırılacaqlar.
Davamı...
Yanvar 15, 2008 12:13

Yazar:
Fərhad
ferhad@azeriblog.com
Əziz blog istifadəçiləri. Artıq bir neçə gündür ki, Azeribloga yeni stillər əlavə olunmağa başlayıb. Əgər sizin də hər hansı təklifləriniz, ideyalarınız varsa, onları bildirə bilərsiniz.
Azeriblog - yeganə Azərbaycan dilli blog olduğu üçün onu inkişaf etdirmək hər birimizin üzərinə düşən vəzifədir.
Odur ki, gəlin öz təkliflərinizi bizimlə paylaşın.
Hörmətlə,
Mayis Musayev
Yanvar 13, 2008 8:55

Yazar:
Fərhad
ferhad@azeriblog.com
AzeriBlog xidməti olaraq yeni stillərımız artmaqda istifadəçilərin müxtəlif zovqların razi olmaqlari üçün davam edir.
Mavi beyaz adli yeni stil movcud stillərimizə elavə olundu və sadə və təmiz dizayn seven istifadəçilərimiz bu stildən öz bloglarında istifadə etmək üçün hisablarında sol tərəfdəki menudan „Blog görünüşü“ bölməsindəki „Stillər“ səhifəsinə keçərək bu stili və ya digər ürəyinizə yatan hər hansı bir stilin üzərinə vuraraq blogunuzun görünüşünü dəyişdirə bilərlər.
Azəri Blogda yeni stillərin elavə olunması davam edəcək.
Yanvar 11, 2008 13:26

Yazar:
Fərhad
ferhad@azeriblog.com
Salam dəyərli Azeriblog istifadəçiləri! Artıq bu gündən etibarən mənim yazılarımı həm də bu blogdan oxuya bilərsiniz. Sual oluna bilər ki, mən kiməm? www.mayismusayev.azeriblog.com blogunun müəllifi, bu gündən etibarən Azeriblog İdarə Heyətinin üzvü - Mayis Musayev. İdarə Heyətinin üzvü olaraq bu blogda da yazılar yazacam. Güman edirəm ki, zövqünüzü oxşaya biləcəyik.
Hörmətlə,
Mayis Musayev