Mart 18, 2008 10:55

Yazar:
Fərhad
ferhad@azeriblog.com
AzəriBlog istifadəçilərinə salam olsun
siz neçə vaxtdır AzəriBlog sistemində blogçusız? bizim blog imkanlarımızdan razısınızmi? biz indi yolumuzun əvvəlindəyik. yeni imkanlarımız Novruz bayramından sonra bir bir əlavə olunacaq inşallah.
Sual belədir: bir blogçu kimi AzəriBlog sistemində hansi yeni imkanlari təklif edirsiniz? blogçu kəlməsi ona görə qalın yazılıb ki blogçu kimi və blog imkanlarına görə fikirləşin.
Sizin təklifinizə biz qiymət veririk və AzəriBlogu bundan əlavə sizə layiq olan bir blog sisteminə çevimək üçün çalışırıq.
təkliflərinizi gözleyirəm. uğurlar
Fevral 29, 2008 19:46

Yazar:
Fərhad
ferhad@azeriblog.com
Əziz istifadəçilər
AzəriBlog İdarə heyəti olaraq bizim blog sistemində yerləşdirilmiş şəkillərin AzeriBlog saytı xaricində istifadəsinə texniki cəhətdən qadağan qoyulmuşdur.
Belə ki, bəziləri bloglarda mövcud olan şəkillərdən (ki biz sistemdə bu xidməti pulsuz və limitsiz bütün bloglara veririk) istifadə edərək istinad filan göstərmədən başqa saytlarda istifadə ediblər. Bu həm bizim serverin çox yüklənməsinə, həm də blogcularımızın əməyinin oğurlanmasına bais olurdu. Bunları nəzərə alaraq belə bir yeniliyə əl atmışıq. Ümidvarıq ki, istifadəçilərimiz də razı qalarlar!
O həmvətənlərimiz ki, milli blog sistemimizi əcnəbi bloglara tərcih ediblər onlara da təşəkkürümüze bildiririk. Amma onu da qeyd edək ki, çox yaxın zamanlarda AzeriBloga yeni xidmətlər və heç bir əcnəbi və ya yerli bloglarda olmayan imkanlar əlavə olunacaqdır. Və o AzeriBlogsevər istifadəçilərimiz ki, bizə mail yazaraq məsləhətlər, tənqidlər və bloglarda görmək istədikləri imkanlar barədə yazıblar onlara da minnətdarlıq bildiririk. Başqa istifadəçilərimizin də məsləhətləri və blog sistemimizdə görmək istədikləri imkan və ya xidmətlər varsa bizimlə əlaqə saxlayaraq bölüşsünlər! Biz inkişafa doğru addımlayaraq milli blog sistemimizi daha da ucaldacağıq!
Fürsətdən istifadə edib AzNetdə blogcu olan Gurbanov və Oxatan bəylərə də yazdıqları gözəl sözlərə görə təşəkkür edirik. Bu cür səviyyəli blogcuların mövcudluğu bir blogsevər olaraq bizləri də sevindirir. Uğurlar!
Fevral 3, 2008 12:15

Yazar:
Fərhad
ferhad@azeriblog.com
Ən qısa zamanda Azəri blogın yeni imkanları əlavə olunacaq və onların biridə Forumdu. Forumda dəyərli istifadəçilərimiz (yalnız istifadəçilər) müxtəlif movzular barəsində müzakirə etmək imkanına malik olacaqlar.
Forumda hansi movzuların olmasi barədə bizə yazın. Yəni yazın ki saytın forumunda hansi movzular idarəçilər tərəfindən qeyd olunsun və istifadəçilər o movzular barədə müzakirə etsinlər.
Yanvar 26, 2008 9:45

Yazar:
Fərhad
ferhad@azeriblog.com
Azəri Blog serverində bəzi texniki dəyişiklər oldu, və server gücləndi. indi saytımızda olan hürmətli istifadəçilərin hisablari və onların bloglari çoxli kifayət qədər sürətlə işleyir. Umid varımız ki
Azəri Blogi seçdiyıniz üçün hər zaman sistemdən razi olasınız
Yanvar 20, 2008 11:19

Yazar:
Fərhad
ferhad@azeriblog.com
AzəriBlog sistemində yeniliklərə davam etməyə hər halda çalışırıq. dəyərli istifadəçilərimizə bildirmək isteyirdim ki ən qısa zamanda, çox güclu yeni imkanlar blog sistemimizə əlavə olcaq və AzəriBlog xarici məşhur blog xidməti verən saytlardan çoxlu fərqlənəcək.
Yeni imkanlarımız Azəri Blog istifadəçilərinə internet ələmində fəaliyyət gösdərmək üçün yeni qapılar açacaq. bundan sonra AzəriBlog yalnız bir blog sistemi yox bəlkə Azərilər üçün bir böyük virtual məkani kimi olacaq.
Azəri blog sisteminin misilsiz tam pulsuz xidmətlərindən istifadə etməyi öz dostlarınıza, gohumlarınıza və bütün tanışlarıza tovsiyə edin. onlar bu təklif üçün sizdən mütləq çoxlu minnətdar olacaqlar.