Reklam verin!

Elan: Barcamp Tiflis 2008

Yazar: Fərhad @ May 20, 2008 17:58

Barcamp Tiflis 2008 (7-8 İyun) dərhal sonra, Transition Online – beynəlxalq media təşkilatı iki günlük (9-10 İyun) yeni media sahəsində beynəlxalq təlim keçirəcək. Beynəlxalq səviyyəli ekspertlər yeni media sahəsindəki son yeniliklərlə bağlı – bloqlar, podkastinq, video bloqlar, RSS, sosial şəbəkələr və s. sahələrdə təqdimat və təlim keçirəcəklər. Bundan

əlavə biz son dəyişiklikləri  - bloqların KİV-ə, siyasi və sosial həyata təsiri barəsində danışacağıq, klassik KİV-dən misallar göstərəcəyik.

Azərbaycandan olan yalnız 6 iştirakçı üçün xərclər – yol, yemək və qalmaq pulu tam şəkildə ödəniləcək. Tiflisdəki Barcamp-də olan Gürcüstan və Ermənistan nümayəndələri də təlimlər üçün qalmaları tövsiyə olunur – onların bəzi yemək xərcləri ödəniləcək. Təlimlərin əksər hissəsinin Ingiliscə olduğunu nəzərə alsaq, İngilis dili bilikləri vacib sayılır. İştirak etmək istəyənlər bu linkə baxmalıdır: http://forms.tol.cz/form/24/. Son müraciət etmə tarixi: 28 May. 

Bütün suallarla bağlı TOL-un Qafqaz üzrə Layihə Meneceri Emin Hüseynzadəyə müraciət edə bilərsiniz: ehuseynzade@gmail.com Telefon: +99470 317 9070.

Layihə ABŞ-ın Milli İanə Təşkilatı və Açıq Cəmiyyəti institutu tərəfindən maliyyələşdirilir.

Google internetdə səhifələr səviyyəsin yeniləndirdi!

Yazar: Fərhad @ May 3, 2008 13:43

Artıq neçə gündur Google axtarış sistemi internetdəki səhifələrdə Page Rank (səhifə səviyyəsində) üçün dəyişiklər edib. qeyd etmək lazimdi kibəzi bloglarda və saytlarda bu dəyişiklik yoxdu.

Azəri blog sistemində olan blogların Page Rankinin artmasın və ya azalmasın burada müzakirə edək :)

- http://buzz.azeriblog.com 3.

- http://news.azeriblog.com 3.

- http://journal.azeriblog.com 3.

- http://help.azeriblog.com 3. 

Üstdə qeyd olunan Azəri Blog idarə heyəti bloglarının Page Ranki dəyişmeyib. 

siz də öz blogınızın Page Rankin burda yazın və əgər dəyişik varsa qeyd edin.

Əgər blogınızın Page Rankın bilmirsizsə buradan daxil olun, blogınızın ünvanın yazın (misal: buzz.azeriblog.com) və sonra Check PR düyməsi ustə basın!

Uğurlar 

 

AzeriBlogdan xəbər var

Yazar: Fərhad @ Fevral 29, 2008 19:46

Əziz istifadəçilər

AzəriBlog İdarə heyəti olaraq bizim blog sistemində yerləşdirilmiş şəkillərin AzeriBlog saytı xaricində istifadəsinə texniki cəhətdən qadağan qoyulmuşdur.

Belə ki, bəziləri bloglarda mövcud olan şəkillərdən (ki biz sistemdə bu xidməti pulsuz və limitsiz bütün bloglara veririk) istifadə edərək istinad filan göstərmədən başqa saytlarda istifadə ediblər. Bu həm bizim serverin çox yüklənməsinə, həm də blogcularımızın əməyinin oğurlanmasına bais olurdu. Bunları nəzərə alaraq belə bir yeniliyə əl atmışıq. Ümidvarıq ki, istifadəçilərimiz də razı qalarlar!


O həmvətənlərimiz ki, milli blog sistemimizi əcnəbi bloglara tərcih ediblər onlara da təşəkkürümüze bildiririk. Amma onu da qeyd edək ki, çox yaxın zamanlarda AzeriBloga yeni xidmətlər və heç bir əcnəbi və ya yerli bloglarda olmayan imkanlar əlavə olunacaqdır. Və o AzeriBlogsevər istifadəçilərimiz ki, bizə mail yazaraq məsləhətlər, tənqidlər və bloglarda görmək istədikləri imkanlar barədə yazıblar onlara da minnətdarlıq bildiririk. Başqa istifadəçilərimizin də məsləhətləri və blog sistemimizdə görmək istədikləri imkan və ya xidmətlər varsa bizimlə əlaqə saxlayaraq bölüşsünlər! Biz inkişafa doğru addımlayaraq milli blog sistemimizi daha da ucaldacağıq!

Fürsətdən istifadə edib AzNetdə blogcu olan GurbanovOxatan bəylərə də yazdıqları gözəl sözlərə görə təşəkkür edirik. Bu cür səviyyəli blogcuların mövcudluğu bir blogsevər olaraq bizləri də sevindirir. Uğurlar!

Azəriblog Sürətləndi!

Yazar: Fərhad @ Yanvar 26, 2008 9:45

Azəri Blog serverində bəzi texniki dəyişiklər oldu, və server gücləndi. indi saytımızda  olan hürmətli istifadəçilərin hisablari və onların bloglari çoxli kifayət qədər sürətlə işleyir. Umid varımız ki Azəri Blogi seçdiyıniz üçün hər zaman sistemdən razi olasınızGöz vur  

Azəri blog Azərbaycanda!

Yazar: Fərhad @ Noyabr 13, 2007 16:28

Məşhur statistika sayti Alexa dan aldığımız məlumata görə, Azəri bloga (ki əslində Azərbaycan üçün yaranıb) ziyaratçı olçusu əsasən Azərbaycannan yalnız 4.8% ziyaratçi gəlir! və saytın ziyaratçilarının çox sayi digər ölkələrsdən yəni: İran (42.4%, ABŞ 7.2%, Almaniya 5.6%, Türkiyə 5.6% və Birlşmiş Ərəb Əmirlikləri 5.6% sayta daxil olurlar.

Təəsuflər olsun ki hələdə Vətənimizdə normal surətdə internet inkişaf olunmayıb! və dünyanın hər yerində çox popular olan Blog vətinimizdə elədə tanınmır. və bu bizim məsuliyyətlərimizi bu barədə çoxaldır. 


  Yazılar cəmi: 8    Sonrakı səhifə »