
Yazar: Fərhad
ferhad@azeriblog.com
Artıq iki gündür ki, AzəriBlog sistemində olan blogların səhifələrində reklam nümayiş olunur. Necə ki, 9 ay bundan öncə "AzeriBlog" saytının şərtləri və qanunları səhifəsində bunu qeyd etmişdik: " Gələcəkdə yaradılan blog səhifələrində saytın maddi ehtiyaclarının qarşılanması məqsədiylə reklam yerləşdirilməsi hallarının yaranması ehtimalı yüksəkdir və istifadəçilərin bu hala etirazı qəbul olunmazdır."
Və 3-4 ay bundan öncə bloglarda reklam yerləşdirmə imkanı barədə saytın xəbər blogunda bir xəbər yazmışdıq və heç bir istifadəçidən bu barədə irad və ya təklif gəlməmişdi. Hətta bəzi istifadəçilər bizə dəstək verərək, bu işdə bizim haqlı olduğumuzu vurğulamışdılar.
Amma hər halda saytın maddi ehtiyaclarına kömək kimi biz bloglarda reklam bölməsini yerləşdirdik və indi reklam 120 saniyə blogların səhifələrində nümayiş olunur və sonra avtomat olaraq silinir.
Biz bunu aydın şəkildə bilirik ki, bu reklam bəzi istifadəçilərimizi narahat edə bilər amma biz bu reklama məcburuq. Necə ki, bir çox blog sistemlərində bu cür reklamlar mövcuddur. (məsələn: blogcu, blogfa, persianblog və ... ), Amma reklamın necə nümayiş olunmasi, nə qədər blogda qalması, qiymətləri və s. barədə bizə təkliflərinizi, iradlarınızı yaza bilərsiniz.
Bəzi istifadəçilər yeni yaranan blog sistemimizi Blogger saytı ilə müqaisə edirlər və deyirlər ki, orada reklam yoxdur. Amam xatırladaq ki, Blogger saytını hələ Google firması almamışdan öncə orada da reklamlar nümayiş olunurdu. Əgər sabah bizim də blog sisteminin maddi cəhətdən problemi olmasa biz bu reklamları bloglardan qaldırarıq.
Çünki kim qəbul edə bilər bir şirkət ayda neçə yüz min dollar sistemə, onun serverlərinə, əməkdaşlarına və digər başqa şeylərə pul xərc etsin amma qazanmaq fikrində olmasın???
İndi blogda bəzi yeni imkanlar artırmağı düşünürük. Bunun üçün blog istifadəçilərindən də blog imkanları barədə təkliflər qəbul edib məsləhət olanı məmnuniyyətlə tətbiq etməyə çalışacağıq. Cəhd edəcəyik ki, misli olmayan bir blog sisteminə sahib olasınız.
Əlbəttə yeni imkanlarda, bloglarda raklam nümayiş üçün narahat olan istifadəçilərə də bir yeni imkan nəzərdə tutulub. Bu imkan sayəsində hər hansı istifadəçi istəməsə onun blogında və ya bloglarında reklam nümayiş olmasın illik çox az (misal üçün 10-15 dollar ) pul ödəməklə bloglarında reklamın nümayişini qaldıracaqlar.
Biz blog sistemimizi zənginləşdirmək üçün və sistemin fəaliyyətinin davamına görə maddi dəstəyə ehtiyacımız var və bunu reklamla reallaşdıra bilərik. Nəzərə almaq lazımdır ki, internet reklamçılığı Azərbaycan netində istənilən səviyyədə deyil və reklam müştəriləri tapmaq da bizim üçün çətin bir işə çevrilib.
Hər halda yenə də bütün istifadəçilərin fikirlərinə hörmət edib, dəyərli istifadəçilərimizdən bu barədə olan faydalı təkliflər gözləyirik.
Uğurlar
siz neçə vaxtdır
Yalnız isteydim əziz dəyərli istifadəçilərimizə xəbər verim ki yeni 3 stil (Portal, Mavi sadə və çərçüvə) sistemin movcud stillərinə əlavə olundu.