Bizdən sual sizdən təklif!

Yazar: Fərhad
ferhad@azeriblog.com
AzəriBlog istifadəçilərinə salam olsun
siz neçə vaxtdır AzəriBlog sistemində blogçusız? bizim blog imkanlarımızdan razısınızmi? biz indi yolumuzun əvvəlindəyik. yeni imkanlarımız Novruz bayramından sonra bir bir əlavə olunacaq inşallah.
Sual belədir: bir blogçu kimi AzəriBlog sistemində hansi yeni imkanlari təklif edirsiniz? blogçu kəlməsi ona görə qalın yazılıb ki blogçu kimi və blog imkanlarına görə fikirləşin.
Sizin təklifinizə biz qiymət veririk və AzəriBlogu bundan əlavə sizə layiq olan bir blog sisteminə çevimək üçün çalışırıq.
təkliflərinizi gözleyirəm. uğurlar
Salam Fərhad!
Əvvəlcə peşəkarlığına görə çox sağ ol!
Təkliflərim bunlardır:
1. Şərh yazanda özündən əvvəlki şərhdə işlənən hansısa cümləyə cavab vermək üçün, onu sitat gətirmək imkanı olsun. Forumlardakı kimi. Bu, çox vacibdir. Yəni biliunsin ki, sən bu cavabı kikmin hansı fikrinə yazmısan.
2.
Səhifələrdə gedən yazıları reklam etmək üçün yuxarıda "qaçan sətir" yerləşdirmək mümkün olsun. Düzdür, bunu indi də müxtəlif yollarla etmək mümkündür, amma imkan sistemin özündə olsa, daha yaxşı olardı.
3.
Şərhlərdə link vermək imkanı olsun. Yəni hansısa linki paste edəndə, o, hiperlink-ə çevrilsin.
4. "Dost bloqlar"ın adını redaktə etmək imkanı olsun.
5. Axtarış verəndə, o, şərhlərin də arasında aparılsın.
6.
"Blog haqqında" bölməsində yazılanı format etmək imkanları olsun.
Sayğılarımla, Vüsal Məmmədov
Mart 19, 2008 13:40