Müsabiqə barədə....

Yazar: Fərhad
ferhad@azeriblog.com
Əziz blogçular. Bildiyiniz kimi Azeriblog-da həm dizaynı, həm də Azərbaycan dilinin qrammatikasına uyğun olan bloglar arasında müsabiqə elan olunub. Ən yaxşı bloglar Azeriblog-un ad günündə mükafatlandırılacaqlar.
Nəzərinizə çatdıraq ki, bəzi istifadəçilərimiz Azeriblog-da blog açırlar, amma başqa pulsuz domain adlarla (məsələn aaaaa.tk ve s.) qeydiyyatdan keçərək özlərini digər saytlarda reklam edirlər. Azeriblog İdarə Heyəti istifadəçilərə müraciət edərək bildirir ki, istifadəçilər Azeriblog-da olan bloglarını .tk kimi domaində olan səhifələrinin adı ilə deyil, Azeriblog domainilə reklam etsələr daha yaxşı olar. Həm də bu Azərbaycanın öz milli blogu olan Azeriblogun reklamı olar.
Diqqətinizə çatdıraq ki, belə bloglar hətta çox əla olsalar belə Azeriblog müsabiqəsində heç bir mükafat qazanmayacaqlar. Ona görə də blog istifadəçilərindən xahiş olunur ki, bu məsələyə ciddi yanaşsınlar.
Hörmətlə,
Azeriblog İdarə Heyəti.
Ilk once Azeriblogun idare heyyetini salamlayiram. Ve size derin tesekkurlerimi bildirirem. menim teklifim odu ki smayliklerin daha da muasir formasini daxil edesiz. yeni daha da hereketli ve maraqli smaylikler. diger teklifim ise movzuya qiymet vermek teklifimdir. yeni eger her hansi bir istifadeci bloga daxil olarken oradaki meqaleni oxuduqdan sonra hemin meqaleye qiymet vere bilsin. 1,2,3,4,5 ve sair bal. teklifler coxdu bilmirem belkem size teklif vermeye ehtiyac yoxdu amma nezere alsaz ela olardi. Sag olun. bir daha tesekkurler
Yanvar 20, 2008 14:18