Sentyabr 24, 2007 11:11

Yazar:
Fərhad
ferhad@azeriblog.com
Allah belə fəaal blogçulari Azəriblogdan ayırmasın! (Amin).
Elvin, yeni bir maraqlı və cəzəbəli hərəkətdə, öz gözəl blogında (Başqa bir dünya) veb müsahibə adilə bir bölmə açıb, və orada Azəri blogın ən məşhur və fəaal blogçularınan müsahibə aparır. bu vaxta kimi Elvin bu bölmədə 4 yazı yazıb və müsahibələri çox oxumalıdılar ki bütün dostlara tovsiyə edirik. buradan daxil olun və müsahibələri oxuyun!
Sentyabr 12, 2007 9:20

Yazar:
Fərhad
ferhad@azeriblog.com
Bəzən görunur bəzilər bilə bilə ya bilmiyə bilmiyə! Bəzi bloglara daxil olub və Azəri blog saytının Admini adila blogçulara şərh yazirlar (söyüş, pis sözlər, təhqirli kəlmələr və ...) ya bəzi Azəri blog saytında olan chatlərə daxil olub, Azəri blog Admini adila digər istifadəçilərnən elaqə saxlayib və bəzi sözləri saytın admin tərəfinnən və onun dilicə yazib və danışırlar.
Beləliknən bütün əziz istifadəçilərə xatırladırıq ki Azəri blogın Admini heç zaman bloglarda şərh yazmayıb və yazmayacaq və hər kimin blogında Azəri blog admini adila şərh yazib və digər sözlər və fikirlər, bilin ki bu sözlər Azəri blog admininnən deyil.
Biz blogçulra email də yazmırıq! əgər Azəri blog tərəfinnən sizə email gəlsə bilin ki bizdən deyil. biz yalnız avtomat sürətdə qeydiyyatdan keçən istifadəçilərə məlumatların göndəririk və bizimlə elaqə saxliyanlara Azəri blogın rəsmi email ünvanlarila cavab yazırıq.
Sentyabr 8, 2007 16:27

Yazar:
Fərhad
ferhad@azeriblog.com
AzeriBlog sistemində mövcud olan fəal blogcular üçün hər il müsabiqə təşkil olunacaq və
AzeriBlog saytının doğum günü (İyul 21) keçiriləcək tədbirdə müsabiqənin qaliblərinə müəyyən olunmuş, müxtəlif hədiyyələr veriləcək.
Hədiyyələr
mobil telefonu, İpod MP3 player, Mobil üçün kontur, İnternet kartları, nəğd pul və s. mükafatlardan təşkil olunacaq.
20 blogcuya 20 hədiyyə:
•
5 blogcu, hansı ki, bloglarının dizaynı və səliqəsi həddən artıq əla olsun;
•
5 blogcu, hansı ki, blogları ən çox ziyarətçiyə sahib olsun;
•
10 blogcu, hansı ki, aşağıdakı kateqoriyalara sahib olsun:
1. Məlumatların və yazıların yenilənmə tezliyi
2. Məlumatların originallığı və yüksəklik səviyyəsi
3. Azərbaycan dilinin qrammatik qaydalarına riayət olunması
Mükafata nominant olmuş blogçu iddiaçılarının qalibləri, resursların virtual səsvermə və virtual jürinin səsverməsi nəticəsində seçiləcəklər və mərasımdə adları müəyyən olacaq və mukafatlanacaqlar.
Hamınıza bol məlumatlı, səliqəli və gözəl bloglar yaratmaq arzulayır və AzeriBlog tərəfindən mükafatlara sahib olmanızı diləyirik!
Xəbərin Mənbəsinə baxın