İyul 31, 2007 21:27

Yazar:
Fərhad
ferhad@azeriblog.com
Əziz AzeriBlog istifadəçiləri:
Bu yaxında "Bizim Blog" adlı AzeriBlog üzvünün irəli sürdüyü "Ən gözəl blog" müsabiqəsinə start verilmişdir.
AzeriBlog İdarə Heyətinin də belə bir addım atmaq düşncəsi vardı. Və gələcəkdə daha geniş surətdə gerçəkləşdiriləcək.
Fəqət bu dostlarımız fərdi olaraq belə bir layihəyə imza atıblar. Müsabiqənin qalibi 100 ABŞ dolları ilə mükafatlandırılacaq. Bu layihəni həyata keçirən Zahir Əzəmət bəyə təşəkkür edir və uğurlar diləyirik. Layihə ilə əlaqədar geniş məlumata sahib olmaq üçün bu blogu ziyarət edə bilərsiniz.
İyul 22, 2007 18:10

Yazar:
Fərhad
ferhad@azeriblog.com
Əziz dostumuz, Vüqar Baba "Gün səhər" qəzetində jurnalist olaraq fəaliyyət göstərir. Vüqar AzeriBlog saytına ilk günlərdə qoşulub və artıq bizim AzerBlog ailəsindən sayılır.
Vüqar öz „AzeriBlog“dakı şəxsi blogında ilk yazisını bu günlərdə dərc edib (Keçid) və yazıda 2007-ci ilin İyulun 20-sində “Media Açarı” mükafatının qalibləri bəlli olduğunu bildirib.
Vüqar blogda Media Açari mükafatı haqqında məlumat verib və özünün həmin mükafata sahib olduğunu da bəyan edib. Vüqar Baba „Reportaj“ nominasiyasına görə „Ermənistandan bir az bəri“ yazısına görə bu mükafata layiq görülüb.
AzeriBlog ailəsindən olan hər bir kəsin sevinci, bizim də sevincimiz və fəxrimizdir.Bu münasibətlə Vüqar bəyi təbrik edir, ona gələcək işlərində uğurlar arzu edirik!