Vuqar baba və Media Açarı mükafati

Yazar: Fərhad
ferhad@azeriblog.com
Əziz dostumuz, Vüqar Baba "Gün səhər" qəzetində jurnalist olaraq fəaliyyət göstərir. Vüqar AzeriBlog saytına ilk günlərdə qoşulub və artıq bizim AzerBlog ailəsindən sayılır.
Vüqar öz „AzeriBlog“dakı şəxsi blogında ilk yazisını bu günlərdə dərc edib (Keçid) və yazıda 2007-ci ilin İyulun 20-sində “Media Açarı” mükafatının qalibləri bəlli olduğunu bildirib.
Vüqar blogda Media Açari mükafatı haqqında məlumat verib və özünün həmin mükafata sahib olduğunu da bəyan edib. Vüqar Baba „Reportaj“ nominasiyasına görə „Ermənistandan bir az bəri“ yazısına görə bu mükafata layiq görülüb.
AzeriBlog ailəsindən olan hər bir kəsin sevinci, bizim də sevincimiz və fəxrimizdir.Bu münasibətlə Vüqar bəyi təbrik edir, ona gələcək işlərində uğurlar arzu edirik!
Cox sag ol, Ferhad, cox sag ol "AzeriBlog".
İyul 23, 2007 9:34